07:11
(077) 610-22-33

Soçi qapalı zonaya çevrildi

  • >
4 820 7 Yanvar 2014 08:57 | Region

Qış Olimpiada Oyunlarının keçiriləcəyi Soçi qapalı şəhərə çevrilib.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yanvarın 7-dən etibarən şəhərdə təhlükəsizlk tədbirləri gücləndirilib. 5 - 23 fevralda keçiriləcək oyunlarla bağlı Soçidə elan edilən xüsusi rejim martın 21-dək davam edəcək. Buna səbəb bu müddətdə Parolimpiya oyunlarının da keçirlməsidir.

Yanvarın 7-dn etibarən Fövqəladə Hallar Nazirliyinin bütün bölmələri hazırlıq vəziyyətinə gətirilib. "Kosmik monitorinq sistemi işə salınıb, oyunlara qısa müddət qalan bütün obyektlər bağlanacaq" deyə fövqəladə hallar naziri Vladimir Puşkov bildirib.

Həmçinin yanvarın 7-dən martın 21-dək Soçidə kütləvi aksiyalar ancaq yerli özünüidarə orqanları ilə razılaşdırıldıqdan sonra icazə veriləcək. Prezident Vladimir Putinin Soçi Olimpiadasının keçirilməsi haqqında qərarına uyğun olaraq ümumilikdə qadağan edilmiş zona yaradılması nəzərdə tutulur.

Qadağan edilmiş zonanın sərhədləri Qaraçay-Çərkəzə və Rusiyanın Abxaziya ilə sərhəddinə qədər uzanır.

Həmçinin nəzarət edilən ona yaradılacaq ki, bura da ancaq xüsusi yoxlamadan sonra getmək mümkün olacaq.

Elnarə
AzNews.az
Bağla X