Ərdoğanı istefaya çağıran keçmiş nazirdən yeni qərar

Türkiyədə adı rüşvət qalmaqalında hallandıqdan sonra istefa verən və baş nazir Ərdoğanı da istefaya çağıran Ətraf mühit və şəhərsalma naziri Erdoğan Bayraktar millət vəkilliyindən istefa verməyəcək.

Keçmiş nazirin yaxın çevrəsi onun Türkiyə Böyük Millət Məclisinin 10 günlük tətildən sonra işinə başlayacağı gün istefa verəcəyini bildirsə də, bu baş verməyib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bayraktar hazırda İstanbulda dincəlir və yaxınları istefanın gündəmdə olmadığını bildirir.

Elnarə
AzNews.az