Müxalif millət vəkilindən Rza Zərraba zərbə


Türkiyədə həbs edilən azərbaycanlı iş adamı Rza Zərraba daha bir zərbə vurulub.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, CHP-dən olan millət vəkili Aydın Ayaydının və qardaşı Yalçın Ayaydının sahibi olduğu "İpekyol" geyim markası sui-istifadə və rüşvət əməliyyatlarından sonra İranda Zərrab ailəsi ilə bağladığı ortaqlıq razılaşmasını ləğv edib.

Rza Zarrabın həbs olunması bu ailə ilə işbirliyi quran türk firmalarının hamısını çətin vəziyyətə salıb.

Ötən ilin oktyabr ayında İranda mağazalar açmaq məqsədilə Zarrab ailəsi ilə müqavilə imzalayan "İpekyol"`un sahibi Yalçın Ayaydın yaşanan hadisələrdən sonra bu işlərə sərmayə qoyuluşunu dayandırmaq haqda qərar verib: "Son hadisələrdən sonra Zərrab ailəsi ilə ticarət əlaqələrimizin ləğvi qərarı aldıq. Bizim üçün bu iş bağlandı".

Elman
AzNews.az