Rusca danışdığına görə qadını döydülər

Riqada yerləşən ticarət mərkəzində qadın ana dilində danışdığına görə döyülüb. Kassir qadın ona rus dilində müraciət edən başqa bir qadını vurub.

Fiziki təzyiqə məruz qalan qadın hadisə haqqında belə danışıb: "Kassanın qarşısında aldığım əşyalarla dayanmışdım. Kassirdən rus dilində soruşdum ki, aldığım əşyaların qiyməti nə qədərdir? Kassir qəzəbləndi və latış dilində dedi ki, sənin nə ixtiyarın var Latviyada rus dilində danışasan? Bundan sonra başqa təhqiramiz sözlər işlətdi".

Qadın kassirin təhqirlərinə əhəmiyyət verməyərək çölə çıxmağa qərar verib. Ancaq kassir qadın ondan əl çəkməyib.

"Mən mağazadan çıxmaq istəyəndə o, məndən qabağa keçdi. Qapının ağzında dayandı və mənə yol vermədi. Dedim ki, ay qadın, buraxın məni. Belə deyəndə o məni yumruqla vurdu", - qadın polisə danışıb.

Qeyd edək ki, Latviya əhalisinin 44%-i rusdillidir.(milli.az)