4 min erməni itkin düşüb

"Bu günə Qarabağ münaqişəsi zamanı itkin düşənlərin siyahısında 4 mindən çox adamın adı var".
Erməni mətbuatına istinadən verilən məlumata görə, bunu itkin düşənlərlə bağlı qeyri-hökumət yönlü komitənin rəhbəri Sara Eprext İrəvanda söyləyib.

"Biz itkin düşənlərin ailələri ilə, problemə cəlb olunan digər qurumlar və QHT-lərlə fəal şəkildə işləyirik", - deyə o bildirib. Onun sözlərinə görə, proqramın mühüm komponentlərindən biri itkin düşənin başına nə gəldiyi ilə bağlı məsələdir. "Paralel olaraq konflikt nəticəsində piyadalar əleyhinə minaların, digər partlayıcıların qurbanları üzrə informasiya toplanmasına başlanacaq" – deyib qurumun başçısı. (Musavat.com)