Şübhəlilər nəzarətə götürülsə də, həbs edilməyiblər Şübhəlilər nəzarətə götürülsə də, həbs edilməyiblər

Xarici işlər nazirinə sui-qəsd planının üstü açıldı

Şübhəlilər nəzarətə götürülsə də, həbs edilməyiblər




Türkiyənin Xarici işlər naziri Əhməd Davudoğluna sui-qəsd planının üstü açılıb.


AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sui-qəsd nazirin Yunanıstanın paytaxtı Afinaya səfəri zamanı planlaşdırılıb.

Sui-qəsd hazırlığının qarşısı son dəqiqələrdə alınıb. Bu xəbərdən Yunanıstan rəhbərliyi çox narahat olub.

"Parapolitika" qəzetinin yazdığına görə, əməliyyat Ə.Davudoğlunun Yunanıstana getməsindən 4 gün əvvəl başlayıb və nazir ölkəni tərk edənə qədər davam edib.

Baş naziri Antonis Samaras Türkiyə nümayəndə heyəti Afinadan ayrılana qədər Yunanıstanda fövqəladə vəziyyət elan edib. Baş nazir bütün görüşlərini təxirə salaraq Davudoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini müşayət edib.

Əməliyyat dekabrın 8-də başlayıb. "Qara əməliyyat" üçün seçilən üç xüsusi sagent Afinada şübhəlilərin izinə düşüb.

Türkiyə nümayəndə heyətini gətirən təyyarə Afinaya enmədən 42 saat əvvəl 26 yaşlı Türkiyə vətəndaşı A.B saxlanılıb. Onun telefon danışıqları araşdırılıb. Sui-qəsd planında şübhəli bilinən 2 nəfər nəzarətə götürülsə də, həbs edilməyiblər.

Türk heyəti ölkəni tərk edənə qədər onlar kirayə tutlmuş kiçik bir evdə saxlanaraq daha sonra adı açıqlanmayan ölkəyə göndəriliblər.

Elman
AzNews.az