Qırğızıstan müftisi seks videosuna görə istefa verdi


Qırğızıstanın müftisi Rəhmətulla Egemberdiyev internetdə yayılan seks videosuna görə istefa verib.


AzNews.az K-News-a istinadən xəbər verir ki, Üləmalar Məslisinin dünən keçirilən iclasında istefa yekdilliklə qəbul edilib. Müftinin vəzifəsini müvəqqəti olaraq müavini Məqsəd Taxtamışev icra edəcək. Yeni müfti isə fevralın 8-də seçiləcək.

Qeyd edək ki. Egemberdiyevin adı ərtafnda seks qalmaqalı onun iştirakı ilə intim görüntülərin yayılmasndan sonra başlayıb. Gizli kamera ilə çəkilən görüntülər internetdə yerləşdirilib.

Müfti kadrlardakı qadının onun ikinci xanımı olduğunu bildirib. Ancaq Qırğızıstanda çoxarvadlılıq qadağan edildiyindən müfti istefa vermək məcburiyyətində qalıb.

Elnur
AzNews.az