Iran parlamentariləri Moskvaya gedəcək

İran parlamentarilərinin Moskvaya səfərinin dəqiq vaxtı müzakirə olunur.
AzNews.az RIA Novosti - yə istinadən xəbər verir ki, bu səfərdə məqsəd indiki şəraitdə İran - Rusiya münasibətlərinin bundan sonrakı inkişaf prespektivləri və bu münasibətlərin möhkəmləndirilməsi prioritetlərini müzakirə etməkdir.
Öncə İranın ingilisdilli kanalı Press TV məlumat yaymışdı ki, İran parlamentinin nümayəndə heyəti Moskvaya iki həftədən sonra gedəcək.
"Nümayəndə heyətinin vizitinin dəqiq vaxtı hazırda müzakirə olunur. Amma rəsmi Tehran bu vizitin yanvarda və ya fevralda baş tutacağını düşünür", deyə agentliyin nümayəndəsi bildirib. O İran telekanalının yaydığı vaxtın dəqiq olmadığını bildirib.
Əvvəlcə məlumat verilmişdi ki, Moskvaya İran parlamentinin milli təhlükəsizlik və beynəlxalq siyasət məsələləri komitəsinə daxil olan 3 deputatı təşrif buyuracaq.
Xatırladaq ki, 2013 - cü ilin fevralında ikitərəfli parlament mübadiləsi məqsədilə bir neçə rusiyalı deputat Tehrana səfər etmişdi.

Əli
AzNews.az