Ərdoğan “TÜRKSAT 4A” peykinin təqdimat mərasimində - FOTOLAR

Türk və yapon mühəndislərin ortaq şəkildə ərsəyə gətirdiyi "TÜRKSAT 4A" peyki Baş nazir Rəcəb Tayyib Ərdoğanın iştirakıyla təşkil edilən mərasimdə təqdim olunub.
Ərdoğan Yaponiyada rəsmi proqram daxilində "TÜRKSAT 4A" və "TÜRKSAT 4B" peyklərinin hazırlandığı Tokiodakı "Mitsubişi Elektrik" firmasının peyk istehsal mərkəzini ziyarət edib, sonra isə peykin təhvil verilmə mərasiminə qatılıb. Xüsusi xələt və bone geyərək mərasimdə iştirak edən Baş nazir çıxışında bu proyektin Yaponiya ilə kosmos əlaqələri, elm, texnologiya sahəsində icra edilən ortaq işlərdə əldə olunan müvəffəqiyyətin konkret bir göstəricisi olduğunu bildirib. O, bu işlərə 2011-ci ilin mart ayında başlanıldığını söyləyərək, fikirlərinə bunları əlavə edib: "Mitsubişi Elektrik" firmasıyla imzalanan müqaviləyə atdığımız addımın bir hissəsini bu gün tamamlamış olduq. Bu gün televiziya verilişlərimiz və peyk informasiya siqnallarımız Avropanın hər yerinə və Asiyanın böyük bir hissəsinə çatır. Təhvil-təslim prosesini reallaşdırdığımız "TÜRKSAT 4A" peyki sayəsində isə televiziya verilişlərimiz və peyk informasiya siqnallarımız artıq Afrika qitəsini də əhatə etmiş olacaq". Mərasimdə daha sonra Baş nazir Ərdoğan, "TÜRKSAT"ın müdiri Özkan Dalbay və "Mitsubişi" şirkətinin rəhbəri Keniçiro Yamanişi təqdim olunan mükafatın altına imza atıb. (Axar.az)
image description image description