Sərxoş qız polisi dişlədi


Rusiyanın Tula şəhərində sərxoş qız polis mayorunu dişləyib.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, polis ailə münaqişəsi baş verən bir mənzilə gedib və orda hücumla üzləşib.

Mənzildə 21 yaşlı sərxoş qız anası ilə dava edib. Polis əməkdaşı ana və qızı ayırmaq istəyərkən qız polisə hücum edib və onu dişləyib. Həmçinin polisə zərbələr endirən qız hətta onun paltarlarını da cırıb.

Polis əməkdaşı həkimə müraciət etməli olub. Həmçinin uniforması cırıldığı üçün işə mülki geyimdə gedib.

Elnur
AzNews.az