Prokuror Zekeriya Öz: “Ərdoğan yanıma adam göndərdi”


Türkiyədə rüşvət qalmaqalı ilə bağlı cinayət işinin istintaqı ilə məşğul olan prokuror Zekeriya Öz maraqlı açıqlamalar verib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prokuror yazılı açıqlamasında baş nazir Rəcəb Tayyib Ərdoğanın onun yanına adam göndərdiyini bildirib:

"Baş nazir tərəfindən yanıma göndərilən adamlar ondan üzr istəyən bir məktub yazmağımı, hökümətə qarşı addımların dayandırılmayacağı təqdirdə zərər görəcəyimi bildirdilər. Əgər baş nazir iddia etdiyi kimi 22 dəfə ölkədən çıxdığım isbat edilərsə istefa verəcəyəm".

Prokuror həmçinin Dubayda ailəsi ilə bərabər bir həftəlik istirahətin pulunun rüşvət qalmaqalına görə saxlanlan iş adamə Əli Ağaoğlunun şirkəti tərəfidnən ödənilməsi ilə bağlı məlumatlara da münasibət bildirib:

"Dubayda bir həftə istirahət etdiyim və 77 500 lirə xərcin Əli Ağaoğlu tərəfindən ödənilməsi xəbərləri həqiqəti əks etdirmir. Dubay tətili 3 gün davam edib və 5 ildir ki, səmimi dostum olan Halil İbrahim Demirhan tərəfindən təşkil olunub. Mətbuatda iddia edildiyi kimi 77 min lirə yox, 4250 dollar ödənilib".

Elnarə
AzNews.az