Quranı yandıranlar həbs ediləcək



"Moskvanın hüquq - mqhafizə orqanları Quranın yandırılması aksiyasına təxirə salmadan reaksiya verib. Cəmiyyət qətiyyən belə provakasiyalara getməməlidir", - deyə bu gün, 9 yanvarda Rusiya Müftiləri İttifaqının (RMİ) yaydığı məlumatda bildirilir.

AzNews.az xəbər verir ki, bu yaxınlarda internet səhifələrində naməlum şəxslərin Quranı yandırmaları, bu zaman senzuradan kənar ifadələr işlətmələri və bununla bərabər metroda slavyan görkəmli olmayan adamları tütaraq Allahı inkar etməyi məcbur etmələri barədə video yayımlanıb. DİN - nin Moskva şəhəri üzrə rəisi Anatoli Yakunin gecikmədən operativ əməliyyat qrupunun yaradılması barədə əmr verib. "Çox qısa zamanda aksiya təşkilatçılarını müəyyən etmək və saxlamaq" barədəı tapşırıq alan əməliyyatçılar işə başlayıb.
RMİ rusları və Rusiyada yaşayan müsəlmanları provakasiyalara uymamağa çağırıb.

Əli
AzNews.az