01:56
(077) 610-22-33

Bilal Ərdoğan istintaqdan yayınır

  • >
283 10 Yanvar 2014 19:40 | Region

Əfsanə prokuror Zəkəriyya Öz şəhər prokuroru kürsüsünü rayon prokuroru kürsüsünə dəyişdi; Mersində 35 gömrükçü rüşvət və korrupsiya ittihamı ilə saxlanıb; Türkiyənin ticarət nəhəngləri Rza Zərrablarla ticarət anlaşmalarını ləğv edir

Türkiyədə hakim AKP-nin nüfuzuna ağır zərbə vuran 17 dekabr Böyük Rüşvət əməliyyatının qurbanları artmaqdadır. Yanvarın 10-da daxili işlər nazirliyinin bir neçə şəhər və vilayətlərdəki rəhbərləri yer dəyişib. Onu da vurğulayaq ki, AKP-nin kadrların yerdəyişməsi prosesini davam etdirməsinə etiraz olaraq yanvarın 9-da hakimi partiyanın xeyli millət vəkili etiraz bildirərək parlament iclasına qatılmamış, bu səbəbdən TBMM yetərsay problemi yaşamışdı.

Noyabrın 10-da Böyük Rüşvət əməliyyatını başladan şəxslərdən biri - İstanbul Baş Prokuroru Zəkəriyya öz də postunu dəyişməli olub. Z.Öz fəaliyyətini Bakırköy prokuroru olaraq davam etdirəcək. Onun yerinə Türkiyə baş prokurorunun müavini Ali Cengiz Hacıosmanoğlu gətirilib. Zəkəriyya Özü Çağlayan Ədliyyə binasından 50 nəfərlik hakim və prokuror heyəti yola salıb. Onlar içərisində baş prokuror Turan Çolakkadı olmayıb.

Çıxışda yeri medianın suallarının cavablandıran Zəkəriyya Öz vəzifəsinin dəyişdirilməsi ilə bağlı hüquqi yollarla etiraz edəcəyini, bir gün sonra rəsmi etirazla məhkəməyə müraciət edəcəyini bildirib.

Baş nazir Rəcəb Tayyib Ərdoğanın Uzaq Doğu (Şərq) səfəri isə davam edir. Səfər çərçivəsində verdiyi açıqlamalarda tərəfdarlarına güvəndiyini bildirən Ərdoğan AKP-yə qarşı qurulan tələnin heç bir nəticə verməyəcəyini deyib.

Baş nazir ölkədə olmadığı günlərdə prezident Abdullah Gül axşam saatlarında parlamentin sədri Cəmil Çiçəklə görüşüb. Çankaya köşkündən mediaya verilən açıqlamalara görə, görüş təşəbbüsü prezident Güldən gəlib. Tərəflərin ölkədə yaranan durumu müzakirə edəcəyi bildirilsə də detallar haqqında bilgi yoxdur.

Bir sıra informasiya qaynaqları isə yanvarın 10-da Türkiyədə yeni korrupsiya və rüşvət əməliyyatının başlanacağı və daha 4 nazirin həbs ediləcəyi ilə bağlı xəbər yayıb. İstintaq orqanlarından alındığı iddia edilən xəbərdə bildirilir ki, nazirlərin həbsi üçün artıq sanksiya verilib.

Nazirlərin ehtimal edilən həbsi baş verməsə də Mərsində korrupsiya və rüşvətə qarşı mübarizə əməliyyatı keçirərək 35 yüksək vəzifəli şəxsi saxlayıb. Ancaq bu dəfə əməliyyatı prokurorluq deyil, Gömrük və Ticarət Nazirliyi həyata keçirib. Nazirliyin Qaçaqmalçılıqla Mübarizə Şöbəsinin əməkdaşları nazir Hətayi Yazıçıdan gələn təlimat əsasında
Gömrük məmurları rüşvət aldıqları, vəzifədən sui-istifadə etdikləri ittihamına görə saxlanıb.

Mersin Cümhuriyyət Prokurorluğunda yerli media mənsublarının suallarına yalnız "istintaq aparılır, ictimaiyyətə bilgi veriləcək" deyərək saxlanan şəxslərin konkret cinayətləri ilə bağlı heç bir açıqlama verməyiblər.

Türkiyə mediası baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın istintaqdan gizlənməsi ilə bağlı bir neçə yazı dərc edib.

"Sol" qəzeti bu günkü "İtkin axtarılır" başlıqlı manşet yazısında Bilalın etibarlı yerdə gizlənməsi məsələsinə toxunub. Haqqında zorla istintaqa cəlb edilmə qərarı çıxarılan Bilala Ərdoğanın günlərdir istintaqdan yayınmasını qəzet bu cür şərh edir: "Adı Bilal Ərdoğan. Baş nazirin oğludur. Haqqında korrupsiya və rüşvət iddiaları var. Ancaq atasının göstərişi ilə polis də, jandarma da prokurorluğa təzyiq göstərib. Bilal saxlanmadı, əksinə qeyb oldu. Yanvarın 2-də onun məcburi istintaqa cəlb edilməsi üçün məhkəmə qərarı var. Ancaq bu qərar icra olunmur. Anası və atası bəllidir ki, Bilalın yerini bilir. İndi valideynlər Sinqapurda çiçək bağçalarını gəzir, tez-tez zarafatlaşırlar. Əminə xanım dövlətlərarası andlaşmalar imzalanarkən nigah masası zarafatları edəcək qədər rahatdır. Xalqımız isə Bilalın bulunmasını istəyir. Sosial mediada "görənlərin insanlıq naminə bildirməsi" mesajları, oğlumuza "hakimlər, prokurorlar elçi düşdü, vermədik", zarafatları ilə dolub-daşır".

Böyük Rüşvət cinayətinin əsas ismi, iş adamı Rza Zərrabın biznes həyatı da tamamilə çökdürülmək üzrədir. Rza Zərrabın bank hesablarına həbs qoyulandan, villalardan mənzillərə, lüks maşınlardan uçaqlara qədər bir sıra daşınar və daşınmaz əmlakı müsadirə edildikdən sonra bəzi şirkətlər Zərrab ailəsi ilə qurduğu ortaq ticarətdən imtina edib.

Yanvarın 10-da Türkiyənin biznes imperiyalarından "İpekyol" Holdinqin sahibi Yalçın Ayayadın Zərrablarla başladığı distrübütorluq layihəsini birtərəfli qaydada dayandırdığını deyib. Qeyd edək ki, "İpekyol" müsəlman xanımlar üçün geyimlər üzrə ixtisaslaşıb. Şirkətin dünyanın 8 ölkəsində 200-ə yaxın satış mərkəzi var. Yalçın Ayayadın bildirib ki, biznes imperiyasının nüfuzunu qorumaq üçün bu, onların təbii haqqıdır.

Türkiyədə nəşr edilən "İqtisadçı" dərgisi bu haqda məqaləsində Zərrablarla işbirliyində olan Türkiyə firmalarının 17 dekabr Böyük Rüşvət əməliyyatından sonra çətin günlər yaşadığını deyib. 2 ay öncə İranda mağaza açmaq üçün Zərrablarla anlaşan "İpekyol" da sonda geri çəkilməyə məcbur olub: "Zərrab ailəsi ilə ilk mağazanın 2014-cü ilin fevralında Təbrizdə açılması haqqında razılıq əldə edilmişdi. Anlaşmaya görə "İpəkyol" üçün satış mərkəzi və anbar tikintisini Zərrablar həyata keçirəcəkdi. Yalçın Ayaydın anlaşma əldə olunan günlərdə mediaya bildirmişdi ki, Təbrizdə işlərini düşündükləri kimi yürüdə bilsələr, mərkəz Tehranda da ticarətə başlayacaqlar. "

Dərgi yazır ki, "İpekyol"dan sonra daha bir neçə Türkiyə ticarət devinin Zərrablarla anlaşmalarını sıfırlayacaqları gözlənilir.(Musavat.com)
Bağla X