“Putin erməni xalqının qanına bais olub”

Erməni prezident Sərkisyanın ötən həftə sonu məzuniyyət götürərək, Moskvaya bir gecəlik qeyri-rəsmi səfər etməsi Ermənistanda birmənalı qarşılanmayıb.

"Axar.az"ın verdiyi xəbərə görə, prezidentin bu hərəkəti müxalifətdəki qüvvələri hərəkətə gətirib. Dərhal mətbuat konfransı keçirən erməni Milli Konqresinin "Serjik fevral təlimatlarını almağa gedib" kimi bəyanat yaydığı da bildirilir. Xəbərdə o da bildirilir ki, Sərkisyan hər zaman çətin durumda qaldıqda Putindən məsləhət alır. Müxalifətin qətiyyətli davranışlarından qorxuya düşmüş prezident özünü "böyük qardaşının" yanında daha rahat hiss edir.

"Çiçəklənən Ermənistan"ın rəhbəri Qagik Sarukyan isə bu gedişi belə qiymətləndirib: "Sərkisyan 2008–ci ilin mart qırğınlarını həyata keçirərkən Putindən məsləhət alıb. Putin demək olar ki, iki təşkilatçıdan biridir, o, erməni xalqının qanına bais olub".