Rusiyada gənclər miqrant qızlara görə polisi döydü


Ufada gecə klubunda miqrantlar yerlilərlə birləşərək polislə dava edib.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, klubun müştəriləri polisin gecə klubuna gələn miqratları bölməyə aparmasına mane olmağa çalışıblar.

Miqrantları polisin əlindən almaq üçün müştərilər polis əməkdaşlarına bədən xəsarəti yetirib və hətta "Qazel" markalı maşına ziyan vurublar.

Polisə müqavimət göstərən miqrantlar arasında qızların da olduğu bildirilir.

DİN-in bununla bağlı yaydığı məlumatda xarici ölkələrin bir qrup vətəndaşının polis bölməsinə apardığı vurğulanır. "Həmçinin içkili vəziyyətdə olan bir neçə yerli sakin ictimai asayişi pozduğuna görə saxlanlıb" deyə DİN-in bəyanatında vurğulanır.

Elnur
AzNews.az