Davudoğlu: “Kimə etimad göstərəcəyimizi bilmirik“

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu 17 dekabr "Böyük rüşvət" əməliyyatı ilə bağlı bəyanat verib. Onun sözlərinə görə, İngiltərə, Fransa və başqa ölkələr son illər Türkiyənin güclənməsindən narahatlıq keçirir.

"Milliyet" qəzeti xəbər verir ki, deputatlarla görüşündə XİN başçısı son 11 ildə Türkiyənin güclənməyə başlamasının Böyük Britaniya, Fransa və bəzi başqa ölkələr tərəfindən qısqanclıqla qarşılandığını bildirib.

"Son olaylarda xarici qüvvələrin təsiri var. Ancaq biz bu maneələri aşacağıq. Elə bir vəziyyət yaranıb ki, kimə etimad göstərəcəyimizi bilmirik. Biz ətrafa şübhə ilə baxmağa başlamışıq" – Davudoğlu deyib.(Musavat.com)