22:22
(077) 610-22-33

Əli Əkbər Salehi: “Suriyanın üzvlüyünün dayandırılması nizamnaməyə ziddir”

  • >
342 16 Avqust 2012 12:44 | Region

İranın Xarici İşlər naziri Əli Əkbər Salehi Suriyanın İslam Əməkdaşlıq təşkilatında üzvlüyünün dayandırılması ilə bağlı açıqlama verib.


AzNews.az Iran.ru saytına istinadən xəbər verir ki, iranlı nazir mətbuata açıqlamanı Məkkədən Tehrana qayıdarkən verib. O, Suriyanın üzvlüyünün dayandırılmasını səhv və ədalətsiz qərar kimi xarakterizə edib.

Salehi həmçinin bildirib: "Təşkilat bu cür qəti addım atmazdan əvvəl Suriya hökumətinə öz mövqeyini bildirməsi üçün şans verilməli idi. Bundan əlavə, üzvlükdən çıxarılma ilə bağlı qərar təşkilatın nizamnaməsi ilə ziddiyyət təşkil edir".

Qeyd edək ki, İran əvvəl də səsvermədə qərarın əleyhinə səs verib.


Sadiq

AzNews.az

Bağla X