Abdulla Gül müxalifət lideri ilə görüşüb

Türkiyə prezidenti Abdulla Gül müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CXP) lideri Kamal Kılıçdaroğlunu qəbul edib.

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, görüş barədə danışan CXP sədri bildirib ki, siyasi məsələlər, ölkə gündəmi ilə bağlı ciddi müzakirələr aparılıb.

Onun sözlərinə görə, CXP olaraq Abdulla Gülə iki şərt irəli sürülüb: "Birincisi HSYK təklifinin geri götürülməsini prezidentlə müzakirə etdik. Digər tərəfdən isə onu da vurğuladım ki, Türkiyə hökuməti rüşvət və korrupsiya əməliyyatları ilə bağlı hüquq-mühafizə orqanlarının işinə müdaxilə etməsin".


AzNews.az