Azərbaycanlı fəal məhkəməyə verilib

İran ETTELAAT-nın Ərdəbil şöbəsi Güney Azərbaycan türklərinin Milli haqlarının təmin olunması uğrunda mürbarizlərdən biri Abbas Lisanidən məhkəməyə şikayət verib.
Lent.az-ın Güney Azərbaycanyönlü informasiya vasitələrinə istinadən məlumatına görə, ETTELAAT şöbəsinin ondan şikayət etdiyini məhkəmədən bildiriş vərəqi gələndən sonra məlum olub.

Bu il yanvarın 8-də Abbas Lisaniyə göndərilmiş bildiridə yazılıb ki, o, ETTELAAT-ın Ərdəbil şöbəsinin şikayəti əsasında şəhər məhkəməsinin 5-ci şöbəsinə gəlməlidir.
Abbas Lisaninin Ərdəbil məhkəməsinə milli zəmində apardığı fəaliyyəti ilə bağlı çağırıldığı ehtimal olunsa da, şikayətin konkret məzmunu hələ bəlli deyil.

Abbas Lisaninin məhkəməyə gedib-getmədiyi haqda da hələ xəbər yoxdur.
O, milli haqların təmini, eləcə də Urmiya gölünün qurumasına qarşı etiraz aksiyalarında söylədiyi sərt çıxışlarına görə indiyədək dəfələrlə həbsdə saxlanıb.


AzNews.az