Ərdoğandan prokurorluğa şikayət edildi

Vəzifəsi İstanbul Baş Prokuroru postundan İstanbulun Bakırköy rayonu prokuroru vəzifəsinə qədər kiçildilən Zəkəriyya Öz baş nazir Rəcəb Tayyib Ərdoğan və "Sabah" qəzetindən prokurorluğa şikayət edib.
Dekabrın 17-dən bu günə kimi Türkiyəni əsarətinə alan Böyük Rüşvət əməliyyatını başladan keçmiş İstanbul Cümhuriyyət Prokuroru Zəkəriyya Öz "Sabah" qəzetində yayılan "Baş naziri suçuyla azad edək" başlıqlı yazı ilə bağlı prokurorluğa müraciət edib. İddiaçı bildirib ki, "Star"da dərc olunan məqalə yürütdüyü istintaqla bağlı həqiqətdən tamamən uzaq, həqarət və iftiralarla dolu olmaqla yanaşı, ədalətli istintaqa təsir etmək məqsədi daşıyır.

Yada salaq ki, "Sabah" qəzeti iddia edib ki, İstanbul Baş Prokuroru Z. Öz 2013-cü ilin oktyabr ayında Dubayda ölkənin ünlü iş adamlarından olan, 17 dekabr əməliyyatında 3 gün saxlanan Ali Ağaoğlunun BƏƏ-dəki ortaqlarından birinin otelində 9 nəfərlik qrupu ilə istirahət edib. Eks-baş prokuror İstanbula dönəndən sonra isə Dubaydakı "krallara layiq" tətilin xərcini Əli Ağaoğluya aid şirkət ödəyib. Qəzet iddia edir ki, söhbət 38 min lirədən gedir. Müəllifin sözlərinə görə, məhz bu fakt Əli Ağaoğlunun həbs ediləndən bir neçə gün sonra azadlığa çıxmasının əsas səbəbidir.

Bu məsələ baş nazir Rəcəb Tayyyib Ərdoğanın da çıxışlarında xüsusi vurğulanıb. O, Baş prokuror Zəkəriyya Özü "Hizmət Hərəkatı"ndan təlimatlar almaqda suçlaıyb, Özün ildə 22 dəfə xaricdə tətilə getməsinin hansı maliyyə qaynaqları hesabına başa gəldiyi ilə maraqlandığını deyib.

Zəkəriyya Öz hesab edir ki, baş nazir və "Sabah" onun işgüzar nüfuzuna və şəxsiyyətinə zərbə vurub: "Haqqımda səslənən ifadələr yalan və böhtanla doludur. 17 dekabr Böyük Rüşvət əməliyyatı zamanı həbs edilən şəxslərlə tək-tək görüşüb onlara "bu işləri baş nazirin təlimatı ilə gördük deyin, sizi azad edək" kimi bazarlıq təklif etmişəm. Bildirirəm ki, mən xəbərdə adı keçən şübhəli şəxs olaraq saxlananların heç biri ilə görüşməmişəm. Nazir oğullarının ifadələri onların vəkillərinin iştirakı ilə alınıb və bu zaman heç bir prosessual pozğunluğa yol verilməyib. Səsləndirilən iddialar qara PR-dır və məqsəd mənim nüfuzuma zərbə vurmaqdır".

Zəkəriyya Öz iddia edir ki, baş nazir Türkiyənin bir neçə şəhərində keçirdiyi AKP mitinqlərində onu hədəf alaraq vəzifəsindən sui-istifadə etməklə ona iftira atıb, həqarət edib, onu hədəf göstərib və təhdid edib.

İstanbul Baş Prokurorluq ərizəni icraata alıb. Onu da bildirək ki, Zəkəriyya Öz vəzifəsinin kiçildilməsini də qanunsuz saydığı üçün İstanbul Baş Prokuroru postuna bərpası üçün Hakimlər Və Prokurorlar Yüksək Qurumuna müraciət edib.(Musavat.com)