Adnan Şensesin ailəsində miras davası

20 gün əvvəl həyata vida edən Türkiyəli məşhur sənətçi Adnan Şensesin mirası qırxı çıxmadan bölüşdürülməyə başlanıb.

Anspress-in məlumatına görə, Türk sənət musiqisinin şedevri Adnan Şensesin həyat yoldaşı Lalə xanım ilə ilk həyat yoldaşı Meral Tunalıdan olan qızı Arzum arasında miras davası düşüb.

Lale xanım ilə Arzum sənətçinin illər əvvəl aldığı Zeytinburnundakı yanacaq-doldurma məntəqəsini 10 milyon dollara satışa çıxarıb.

Qeyd edək ki, Şensesin mülkiyyətinə Zeytinburnundakı yanacaq-doldurma məntəqəsindən başqa, İstanbulun Ortaköy, Akatlar və Arnavutköy rayonlarında bir lüks ev, İngiltərədə bir lüks ev, Levent məhəlləsində bir villa, Bordum Gümüşlükdə bir ferma, iki "Volksvagen" avtomobili və iki tanker daxildir.

AzNews.az