- Köhnə - Region
- 14 Yanvar 2014 08:20
- 2 939
Deputat: “Babək Zəncani İranı axmaq yerinə qoyub”
İran parlamentinin deputatı İzətulalh Yusifian bildirib ki, B.Zəncaninin sərvəti onun borclarını ödəməyə kifayət etməyəcək.
AzNews.az xəbər verir ki, deputat B.Zəncaninin dövlətə olan borcunu ödəməsi üçün külli miqdarda vəsait lazım olduğunu vurğulayıb: "Araşdırmalar göstərir ki, bu adam İranı axmaq yerinə qoyub".
Deputat bildirib ki, Zəncani qanunsuz olaraq 100 milyonlarla dollar qazanc əldə edib: "Hazırda onun İranda 30-dan artıq şirkəti fəaliyyət göstərir. Ancaq o, bu şirkətləri satıb pula çevirsə də borcunu ödəməyə yetməz. Onun həbsdən buraxılması üçün bir yol var ki, bu da dövlətə borcunu ödəməkdir.
Elnarə
AzNews.az