21:12
(077) 610-22-33

Ermənistan İrana 90 min dollarlıq yardım etdi

  • >
543 16 Avqust 2012 14:54 | Region

“Yardıma çadır, su və qida məhsulları daxildir”




Ermənistanın Fövqaladə Hallar nazirinin
müavini Aykaram Mxitaryan İrana ediləcək yardımla bağlı açıqlama verib.
AzNews.az newsarmenia.ru saytına istinadən xəbər verir ki, bu barədə qərar
hökumətin bugünkü iclasında qəbul edilib. Mxitaryanın verdiyi məlumata
görə, göstəriləcək yardımın dəyəri 90 min ABŞ dolları dəyərindədir.


Ermənistanın Fövqaladə Hallar Nazirliyi yardıma daxil olan ləvazimatların
siyahısını da açıqlayıb. Onlara üç 40 yerlik, altı 10 yerlik, otuzbir 6 yerlik,
27 beş yerlik və 14 dörd yerlik qış çadırı, isti yataq dəstləri və
digər ləvazimatlar daxildir.

Bundan əlavə, su və qida məhsullarının da qəza
bölgəsinə göndəriləcəyi bildirilir. Ermənistanın baş naziri Tiqran Sarkisyan
yardıma daha nələrin əlavə edilə biləcəyi ilə bağlı yekun qərarın sabah
veriləciyini deyib.



Qeyd edək ki, Ermənistan prezidenti bundan
əvvəl İran xalqına yardım edə biləcəkləri barədə bəyanat vermişdi.
Amma borc
və iqtisadi çətinliklər içində boğulan dövlətin bu məbləğdə yardımı necə etdiyi sual
doğurmaya bilməz.



Sadiq



AzNews.az

Bağla X