12:26
(077) 610-22-33

Anasına görə titulundan imtina edən “qanuni oğru” öldü

  • >
330 14 Yanvar 2014 09:31 | Region


Gürcüstanda 74 yaşlı "qanuni oğru" Dazmir Berulava vəfat edib.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, kriminal aləmdə Dazi Zuqdidiski kimi tanınan "qanuni oğru" ilk dəfə 18 yaşında həbs edilib. 12 il cəzya məhkum edilən Dazi Zuqdidski 1970-ci ildə azadlığa çıxıb.

Ancaq anası həbsxanadan "oğru" kimi çıxan oğlunu bu yoldan çəkindirmək istəyib. Buna nail olmaq üçün yeməkdən imtina edən ana hətta intihara cəhd göstərib.

Anasının bu vəziyyətini görən D.Zuqdidiski Suxumidəki "Amra" restoranında "qanuni oğruları" toplayaraq özündəki 935 min rubl "obşak"ı təhvil verib. Anasının rahatlığı üçün titulundna imtina edən Zuqdidski buna baxmayaraq "oğru" aləmində sona qədər böyük nüfuz sahibi olub.

Elnur
AzNews.az
Bağla X