07:14
(077) 610-22-33

Vladimir Putin: “Dünya Böyük iqtisadi böhranın astanasındadır”

  • >
534 16 Avqust 2012 18:03 | Region

Rusiya prezidenti Vladimir Putin regional ombudsmanlarla görüşüb. O, bir çox gündəmdə olan məsələlərlə yanaşı dünya və Rusiyadakı iqtisadi vəziyyətə toxunub. AzNews.az en.rian.ru saytına istinadən xəbər verir ki, Putin Avropa və qlobal iqtisadiyyatdakı vəziyyəti çox mürəkəb adlandırıb və əlavə edib ki, Rusiya iqtisadiyyatı mümkün ən ağır iqtisadi tənəzzülə hazırlanıb.


"Dünya iqtisadiyyatının mühərriki hesab edilən ABŞ-da vəziyyət yaxşı görünür amma makroiqtisadi göstəricilər dayanıqlılıq üçün daha vacibdir. Bu baxımdan Amerika iqtisadiyyatı Avropadan o qədər də ürəkaçan deyil. Onların dövlət borcu ÜDM-in 104 faizi miqdarındadır".

O, həmçinin ABŞ maliyyə sisteminin dövlət qarantiyasında olan ipoteka kreditləri ilə həddən artıq yükləndiyini deyib və əlavə edib ki, bütün bu göstəricilər həyacan siqnalının yaxınlığından xəbər verir.

Putin dünyanın ikinci böyük iqtisadiyatı olan Çindən də söz açıb və bildirib ki, bu ölkədə də iqtisadi artımda son illər azalma müşahidə olunur. Rusiyalı prezident nikbin fikirlər də söyləməyə çalışıb, "Ümid edək ki, bu narahatlıqlar ümumdünya iqtisadi böhranına gətirib çıxarmayacaq. Gəlin daha yaxşısına ümid edək ancaq ən pisə hazır olaq".

Putin ölkəsinin anti-böhran tədbirlərinə 2011- cildən başladığını da qeyd edib və bildirib ki, "artıq bu məqsədlə ciddi məbləğdə pul vəsaitləri ayırılıb. Bu isə 2013-cü ildə vəziyyətin kəskinləşəcəyi təqdirdə hökumətə effektiv şəkildə böhran faktorları ilə mübarizə aparmağa kömək edəcək".

Qeyd edək ki, bundan əvvəl Rusiya Maliyyə naziri Aleksey Lavrov bildirmişdi ki, hökumət artıq aşağı neft qiymətlərinə uyğunlaşdırılmış mümkün büdcə ssenariləri hazırlamağa başlayıb. O, həmçinin qeyd etmişdi ki, hökumət neftin 60 dollara düşəcəyi variantı da büdcə ssenarilərində nəzərdən keçirir.


Sadiq

AzNews.az

Bağla X