Ayətullah Laricani: “Sələfi və təkfirçi cərəyanlarının İslamla heç bir əlaqəsi yoxdur”

"Təkfirçi cərəyanlar və hərəkatlar İslam dünyasının birliyini qarışqa kimi içəridən yeyir". SalamNews–un İSNA agentliyinə istinadla verdiyi xəbərə görə, bunu İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Sadiq Amoli Laricani bildirib.

O, məhkəmə orqanları rəsmiləri ilə görüşündə sələfi və təkfirçi cərəyanlarının İslamla heç bir əlaqələrinin olmadığını və bu hərəkatların Qərb kəşfiyyatı tərəfindən yaradıldıqlarını bəyan edib: "İranın kəşfiyyat orqanlarından sələfi əqidəsinə xas fikirlərin ölkəyə daxil olması ilə bağlı ayıq olmalarını xahiş edirəm. Təkfirçi baxışlarını İslam məzhəblərinin fərqli fikirləri sırasına əsla aid etmək olmaz. Bu cür fikirlərin ölkəmizə inteqrasiyasına qarşı təhlükəsizlik tədbirləri görülməlidir".


AzNews.az