20:44
(077) 610-22-33

Abdulla Güldən soydaşımızın görüş tələbinə CAVAB

  • >
377 16 Yanvar 2014 08:06 | Region

Türkiyədə yaşayan güneyli soydaşımız, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin üzvü Məhbub Əmrahinin prezident Abdulla Güllə görüş tələbinə cavab verilib.

Bu barədə məlumatı AzNews.az-a M. Əmrahi verib.

M.Əmrahi bildirib ki, Prezident Aparatından yazdığı məktuba cavab alıb. Məktubda bildirilir ki, prezident Abdulla Gül gərgin iş qrafiki ilə əlaqədar görüş tələbinə müsbət cavab verə bilməyəcək:

"İstək və tənqidlərinizi cənab Prezidentin diqqətinə çatdırmaq üçün göndərə bilərsiniz. Göstərdiyiniz marağa görə Prezidentimiz sizə dərin təşəkkürünü bildirir".

Xatırladaq ki, M.Əmrahi bir neçə gün əvvəl görüş üçün prezidentə müraciət etmişdi.

Müraciətdə M.Əmrahi Cümhurbaşqanlığı emblemində Səfəvi dövlətinin 17-ci türk imperatorluğu olaraq yer alması və bu məsələnin müzakirəsi üçün prezidentdən görüş tələb edib.

M. Əmrahi "Möhtəşəm yüz il" serialında Səfəvi dövlətinin fars kimi təqdim edilməsinə etiraz olaraq prokurorluğa müraciət etmişdi.

Elnarə
AzNews.az
Bağla X