Azərbaycanlı iş adamının bazarı ilə bağlı gözlənilməz qərar

Azərbaycanlı iş adamı Qod Nisanova məxsus olan Moskvadakı "Sadovod" bazarının bağlanması nəzərdə tutulsa da, məhkəmə gözlənildiyinin əksinə olaraq bu barədə qərar verməyib.


Moskvanın Lyublinski məhkəməsi bazarın 250 min rubl cərimələnməsi barədə qərar çıxarıb.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, mütəxəssislər bazarda yoxlama apararkən sanitar-epidemioloji tələblərə əməl edilmədiyini aşkarlayıblar.

Bazarın ərazisində əməkdaşların sanitar yoxlamadan keçirilməsi üçün tibb məntəqəsi yaradılıb.

Qeyd edək ki, bazarın sahiblərindən biri kimi Putinun dostu olan azərbaycanlı hüquqşünas İlham Rəhimovun da adı hallandırılırdı.

Elnarə
AzNews.az