Restoranda partlayış: 9 yaralı

Mahaçqalada restoranda bu gün baş verən partlayışda bir neçə nəfər yaralanıb. Yaralananların arasında iki polis əməkdaşı da var.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Respublika Travmatologiya Xəstəxanası yaralı sayının bəzi mənbələrdə göstərildiyi kimi 7 yox, daha çox olduğunu bildirib. Belə ki, bəzi məlumatlara görə, xəstəxanaya ümumilikdə 9 yaralı gətirilib. Hadisə Mahaçqaladakı "Qızıl imperiya" restoranında baş verib. Hadisə yerinə polis əməkdaşları gəldiyi zaman isə restoranın qarşısında "Lada" markalıı avtomobil partlayıb.

Elnarə
AzNews.az