Adını da “Erməni Soyqırımı Yüzillik Komitəsi” qoydular Adını da “Erməni Soyqırımı Yüzillik Komitəsi” qoydular

Qondarma erməni soyqırımı ilə bağlı daha bir komitə

Adını da “Erməni Soyqırımı Yüzillik Komitəsi” qoydular



ABŞ-ın Los Angeles şəhərində ermənilər qondarma soyqırım təbliğatını gücləndirmək məqsədilə yeni komitə yaradıblar. AzNews.az-ın armenpress.am saytına istinadən verdiyi xəbərə görə, təşkilat avqustun 9-da qeydiyyatdan keçirilib, adı isə "Erməni Soyqırımı Yüzillik Komitəsi"dir.

Verilən məlumata görə, komitənin yaradılmasında əsas məqsəd erməni soyqırımının yüzilliyi ilə bağlı Amerikada və dünyada keçiriləcək tədbirləri koordinasiya və təşkil etməkdir. Bundan əlavə, təşkilat qondarma soyqırımla bağlı tədbirlərin vahid mərkəzdən idarə olunmasını və birgə fəaliyyət planının hazırlanmasını təmin etməlidir.

Qeyd edək ki, komitə artıq Amerikadakı bütün erməni cəmiyyətlərini öz çətiri altına toplaya bilib və dünya erməni diasporası ilə əlaqələr qurub.

Sadiq
AzNews.az