21:43
(077) 610-22-33

Ermənistanda 927 kiloqram heroin tutulub

  • >
546 18 Yanvar 2014 19:14 | Region

İran-Ermənistan sərhədində Meğri rayonu ərazisində yük maşınında 927 kiloqram heroin tutulub.

ANS PRESS Rusiya mətbuatına istinadən bildirir ki, narkotiklər İrandan Gürcüstana gedən yük maşınının gizli yerinə qoyulubmuş. Yük maşınının sürücüsü 61 yaşlı Gürcüstan vətəndaşı Avtandil Martiaşvili saxlanıb. Hazırda narkotikin daşınmasına aidiyyəti olan digər şəxslər araşdırılır.

Rusiya hüquq mühafizə orqanlarının fikrincə, tutulan narkotiklərin ümumi dəyəri 58 mlrd rubl (1,7 milyard dollar) səviyyəsində qiymətləndirmək olar.

Qeyd edək ki, indiyə kimi İspaniyada tutulmuş ən iri heroin partiyası 315 kq (2008-ci il), Türkiyədə isə 717 kq (2013) olub. Böyük ehtimalla narkotik Ermənistan-İran sərhədini qoruyan Rusiya sərhədçiləri tərəfindən saxlanıb. Amma İrandan Ermənistana digər narkotika trafiki də var ki, bu da Azərbaycanın Ermənistan ordusu tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən keçir.

Meğri hadisəsi bir daha sübut etdi ki, İrandan Ermənistanda mütəmadi olaraq iri partiya narkotika keçirilir və böyük ehtimalla həmin yüklər beynəlxalq nəzarətdən kənarda olan Dağlıq Qarabağ ərazisindən daşınır. Sadəcə, qışın sərt keçməsi Dağlıq Qarabağla Ermənistan arasında yol keçidlərinin bağlanmasına səbəb olub ki, narkomafiya bu dəfə yükü birbaşa İrandan Ermənistana gətirməyə qərar verib.



AzNews.az
Bağla X