Prezident hamını çaşdırdı: Kadırovdan “Maydan” reklamı (FOTO)

Çeçenistan prezidenti Ramzan Kadirov sosial şəbəkədəki səhifəsində "Maydan" adlı kafeni reklam edib. Kafedə çəkilən şəkillərdən ibarət kollaj Kadorovun səhifəsində yanvarın 20-də yayımlanıb. Şəkillərdə R.Kadırov öz mətbuat katibi Əlvi Kərimovla bir yerdə görüntülənib. R.Kadırov barın yaxınlığında kafenin aşpazı ilə söhbət edib. Kafedəki xidmətin səviyyəsindən razı qaldığını deyən Kadırov sakit musiqi, dizayn, xidmətin bir arada yaxşı aura yaratdığını qeyd edib. Prezidentin sözlərinə görə, "Maydan"a getməyi ona Əlvi Kərimov məsləhət görüb. Bir çox internet istifadəçiləri R.Kadırovun reklam etdiyi "Maydan"ı Kiyevdəki "Maydan"la dəyişik salaraq Çeçenistan prezidentinin Ukrayna müxalifətini dəstəklədiyi qənaətinə gəliblər.

Elnur
AzNews.az