Rza Zərrab zaminə buraxılmadı

Dekabrın 17-də Türkiyədə rüşvət ittihamı ilə həbs edilən iş adamı Rza Zərrabın zaminə buraxılması barədə müdafiə tərəfinin müraciətinə müsbət cavab verilməyib.


AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə yalnız iki nəfərin zaminə buraxılması barədə qərar qəbul edib.

Rza Zərrab və onunla birlikdə saxlanılan nazir oğulları-Barış Gülər və Kaan Çağlayan, həmçinin "Xalk bank"ın direktoru Süleyman Aslan barədə həbs qətimkan təbiri dəyişdirilməyib.

Elnur
AzNews.az