Məqsəd yəhudi icmaları ilə mədəni əlaqələri gücləndirməkdir Məqsəd yəhudi icmaları ilə mədəni əlaqələri gücləndirməkdir

Israilli nazir Ermənistana gedir

Məqsəd yəhudi icmaları ilə mədəni əlaqələri gücləndirməkdir



Israilin İnformasiya və Diaspora naziri Yuli Edelşteyn Ermənistana səfər edəcək. AzNews.az armtoday.info saytına istinadən xəbər verir ki, avqustun 23-də baş tutacaq səfərdə əsas məqsəd keçmiş Sovet İttifaqı ölkələrində yaşayan yəhudi icmaları ilə mədəni əlaqələri gücləndirməkdir. Verilən məlumata görə, bu məqsədlə İsraildən müğənni Vladi Blayberq, Mixail Brikman və məşhur aparıcı Valeri Polyakovdan ibarət sənətçi heyyət də gələcək.

Onlar həmçinin Ermənistandakı yəhudi icmasının 20 illiyi ilə bağlı konsertdə də iştirak edəcəklər. armtoday.info iddia edir ki, İsrailli nazir avqustun 24-də erməni rəsmilərinin müşayiəti ilə soyqırım abidəsini ziyarət edəcək.

Sadiq
AzNews.az