İctimai Televiziya əməkdaşlarının yarısı işdən çıxarılacaq

Rusiya İctimai Televiziyasının baş direktoru Anatoli Lısenko yaxın iki ayda redaksiya heyətini iki dəfə ixtisar etməyə məcbur olduğunu bəyan edib.

Modern.az saytı Rusiya KİV-nə istinadən bildirir ki, bunun səbəbi telekanalın maliyyələşməsində yaranan problemlə bağlıdır. Baş direktor qeyd edib ki, texniki ştatda olanların ixtisarı nəzərdə tutulmur: "Biz yaradıcı heyəti ixtisar etməli və proqramlardan kadrlarımızın faktiki yarısını ixtisara salmalıyıq".

Onun fikrincə, Rusiya hökumətinin kanala dəstək verəcəyini hiss etmir: "Əgər o, hökumətə lazım deyilsə, bu haqda danışmaq asandır. Mənə elə gəlir ki, ixtisarlar qaçılmazdır".

2013-cü ilin noyabrında Dövlət Duması İctimai Televiziyaya büdcədən əlavə 300 min rubl ayrılmasından imtina edib.

Rusiyada İctimai Televiziya 2012-ci ilin aprelində yaradılıb. İlk ildə onun inkişafı üçün büdcədən 1,2 milyard rubl ayrılıb.

AzNews.az