Rəis vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur Rəis vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur

Aeroportda ermənini döyən polis rəisi həbs edildi

Rəis vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur





Moskvanın Domodedovo aeroportunun polis rəisi Maksim Titov saxlanılıb.


Buna səbəb polis rəisinin erməni diasporunun iki nümayəndəsinə qarşı zorakılıq tətbiq etməsi göstərilir.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, polis rəisi vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur.

Titovun vəkili Vadim Lyalinin sözlərinə görə, bu barədə cinayət işi hələ ötən il qaldırılb. Hadisə özü isə 2012-ci ildə baş verib. Titov erməni diasporunun iki üzvünün aeroportda qanunsuz olaraq saxlamaqda ittiham edilir.

Məlumatlara görə, həmin vaxt aeroportun növbətçi hissəsinə iki şübhəli şəxs barədə məlumat daxil olub. Həmin şəxslərlərdən sənədləri təqdim etmək tələb olunduqda onlar polisin tələbinə əməl etməyibər. Bu zaman Titov onlardan birini vurub. Buna görə də hadisədən 2 il sonra aeroportun polis rəisi istintaqa cəlb olunub.

Elnarə
AzNews.az