01:13
(077) 610-22-33

Kiyevdə ölənlərin sayı 5-ə çatdı- CANLI (Yenilənib-4)

  • >
460 23 Yanvar 2014 08:26 | Region

Kiyevdə son iki gündə baş verən qarşıdurmada artıq ilk ölüm xəbəri yayılıb.

AzNews.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, ölüm xəbərini "Maydan"ın özünümüdafiə qərargahı yayıb.

Xəbərə görə 22 yaşlı fəal Qruşevski küçəsindəki qarşıdurmada yaralanaraq xəstəxanada vəfat edib.

Hələlik gəncin ölümü barədə xəbər rəsmən təsdiqlənməyib.

Qeyd edək ki, yanvarın 20-də Kiyevdə aksiyaçılarla "Berkud" döyüşçüləri arasında baş verən qarşıdırmada yüzlərlə insan yaralanıb. (10.01)

***


Kiyevdə mitinqçilərlə Berkud döyüşçüləri arasında baş verən qarşıdurma bu gün səhər saatlarında da davam edib.

AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Qruşeviski küçəsində mitinqçilər "Berkud" döyüşçülərini geri çəkilməyə məcbur edib.

"Berkud" döyüşçülərinin atdığı səsli partlayıcılara daşlarla cavab verirlər.

Bundan əvvəl "Berkud" döyüşçüləri "Dnepr" mehmanxanasına qədər olan 500 metr məsafəni aksiyaçılardan təmizləməyə müvəffəq olsalar da, qarşı tərəfin müqaviməti nəticəsində geri çəkilməyə məcbur olublar.

Çox sayda təcili yardım maşını "döyüşlərin" getdiyi küçələrdə yaralıları daşıyır.

"Berkut" döyüşçüləri səsgücləndiricilərlə aksiyaçıları dağılışmağa çağırır.(11.06)

***


Ukrayna paytaxtı Kiyevdə yanvarın 20-də baş verən aksiyada öldürülən gənc fəalın adı açıqlanıb.

AzNews.az xəbər verir ki, Ukrayna mətbuatının yazdığına görə, bu şəxs Dnepropetrovskdan olan Sergey Niqoyandır. Milliyətçə erməni olan gəncin snayperlə vurulduğuna dair də məlumatlar yayılıb. Yaralandıqdan sonra xəstəxanaya aparılan gənc 2 gündən sonra vəfat edib.

Ukrayna DİN də ölüm faktını təsdiqləyib. Nazirlikdn verilən məlumata görə, hadisə baş verən ərazidə istintaq-əməliyyat qrupu artıq araşdırmalara başlayıb.

Qeyd edək ki, ilk ölüm faktından sonra daha bir aksiyaçının öldüyü barədə xəbərlər yayılıb. (12.02)

***


Kiyevdə "Berkut" döyüşçüləri ilə mitinqçilər arasında toqquşmalar yenidən başlayıb.

Berkut döyüşçüləri Kiyevin mərkəzindən aksiyaçıları sıxışdıraraq çıxarmağa başlayıb. AzNews.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, aksiyaçıların qurduğu barrikadalar dağıdılıb.

Müxalifət isə xalqa müraciət edərək onları axşam saat 18.00-da "Maydan"a çağırıb. (22.01.2014, 15:15)

***

23.01.2014
09:25



Kiyevdə milislə mitinqçilər arasında baş verən toqquşmada ölənlərin sayı 5-ə çatb.

AzNews.az "Украинская правда"ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Avromaydan"ın tibb qərargahının koordinatoru Oleq Musiy bildirib.

Onun sözlərinə görə, ölənlərdən 4-ü başından və sinəsindən aldığı güllə yarasından dünyasını dəyişib.

"Berkut" döyüşçüləri mane olduğu üçün həlak olanlardan iki nəfərinə heç bir tibbi xidmət göstərmək mümkün olmayıb. 5 nəfərin ölümü barədə məlumat hələlik rəsmən təsdiqlənməyib.

Qeyd edək ki, bundan əvvəl iki aksiyaçının öldüyü barədə məlumat verilmişdi.



Elnarə
AzNews.az
Bağla X