Metroda miqrantı güllələyən şəxs polisdən qaçmağa çalışıb


Moskva metrosunda noyabrın 17-də miqrantı güllələdiyinə görə saxlanılan 44 yaşlı Dmitri P. qaçmağa çalışıb.


AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Dmitri .P Simferopolski bulvarındakı 17 saylı narkoloji xəstəxanaya müayinə üçün aparıldığı zaman qaçmağa cəhd edib. Dmitrini müşayətçilər atəş açmaq məcburiyyətində qalıb. Havaya açılan atəşdən sonra qaçmağa çalışan Dmitrini yenidən saxlamaq mümkün olub.

Qed edək ki, Dmitri P. Moskva metrosunda miqrantın güllələnməsi iə bağlı görüntülər internetdə yayıldıqdan sonra saxlanlmışdı. Baxış zamanı 44 yaşlı Dmitri və onun 15 yaşlı oğlu Andreydən Kalaşnikov avtomatı, Makarov tipli tapança, TT, milliyyətçi simvolu olan bıçaqlar, 3,9 kq marixuana tapılıb.

Dmitri P. noyabrın 17-də Moskva metrosunda baş verən hadisəni özünümüdafiə adlandırıb.

Elnarə
AzNews.az