Qrip 9 nəfərin ölümünə səbəb oldu

İranda yeni qrip epidemiyası yayılıb. Bu sözləri İran Səhiyyə Nazirliyinin Yolxucu Xəstəliklərin İdarə olunması Mərkəzinin rəhbəri Məhəmməd Mehdi Quya deyib. Trend-in məlumatına görə, bu barədə Fars agentliyi məlumat verir.

Quya deyib ki, cari ilin əvvəlindən indiyədək (İranda il martın 21-də dəyişir) İranda 50 min nəfər mövsümi qripə yoluxub ki, onlardan 500 nəfərinin vəziyyəti daha ağır olduğu üçün xəstəxanaya yerləşdirilib.
M.Quyanın sözlərinə görə, bu il ötən illə müqayisədə mövsümi qripə yoluxanların sayı çoxalıb.

O, yeni qrip epidemiyasının yayılması ilə bağlı xəbərdarlıq edib və deyib ki, mövsümi qripə yoluxanların 96 faizi H3N2 virusuna yoluxublar və indiyədək 9 nəfər bu virusdan həlak olub.

Quya havanın çirkliliyini və iqlim şəraitinin qrip epidemiyasının yayılmasında təsirli olduğunu deyib və bildirib ki, ürək və böyrək xəstəliklərindən əziyyət çəkən şəxslər qripə daha tez yoluxur və mövsümü qripdən həlak olan şəxslərin də çoxu bu növ xəstəliklərdən əziyyət çəkirdilər.

O, İranda donuz qripinin müşahidə olunmadığını deyib.


AzNews.az