15:33
(077) 610-22-33

Tiqran Karapetyan: “Ermənistanda hətta baş naziri də Rusiya təyin edir”

  • >
847 17 Avqust 2012 14:21 | Region

“Erməni seçicilər səslərini 20 drama belə satmağa hazırdırlar”


Bu gün Ermənistanın Xalq partiyasının sədri Tiqran Karapetyan keçirdiyi mətbuat konfransıda ölkədəki vəziyyəti kəskin tənqid etməklə yanaşı bəzi siyasi proqnozlar verib. AzNews.az-ın armtoday.info saytına istinadən verdiyi xəbərə görə, Tiqran Karapetyan bildirib ki, "Serj Sarkisyan yenidən prezident seçilərsə, keçmiş prezident Robert Koçaryanı baş nazir təyin edə bilər".


O, həmçinin ölkəsinin Rusiyadan aslılığına da toxunub və qeyd edib ki, "Ermənistan o vəziyyətdədir ki, baş nazirin kim olacağını da Rusiya müəyyənləşdirir". O, fikrini onunla əsaslandırıb ki, indiki baş nazir Tiqran Sarkisyanın tutduğu mövqe Rusiyanı qane etmir. Çünki, o, Ermənistanın Avrasiya İttifaqına daxil olmasının əleyhinədir. Bu səbəbdən də Karapetyan hesab edir ki, Tiqran Sarkisyan öz postunu prezident seçkilərindən sonra itirəcək. Onun yerinə rusyönümlü namizəd gətiriləcək. Bu isə Karapetyanın fikrincə, Ermənistan dövlətinin sonu deməkdir.

Serj Sarkisyanın yenidən prezident seçiləcəyinə isə Karapetyan şübhə belə etməyib. O, bildirib ki, "Serj Sarkisyan və komandasının hakimiyyətdə qalmaqdan başqa yolu yoxdur, çünki onlar seçilməsələr yerləri həbsxanadır. Ona görədə səsləri pulla alacaqlar. Indiki şəraitdə isə erməni seçicilər səslərini 20 drama belə satmağa hazırdırlar".

O həmçinin, Serj Sarkisyanı Putinin əl-altısı olmaqda da ittiham edib.


Sadiq

AzNews.az

Bağla X