470 polis işdən çıxarıldı

Türkiyənin paytaxtı Ankarada və İzmirdə kadr dəyişiklikləri 470 polis əməkdaşına toxundu.


Bu barədə Trend Türkiyənin Hürriyet Daily News qəzetinə istinadən məlumat verir. Ankarada təxminən 470 polis əməkdaşı işdən kənarlaşdırılıb və ya digər şöbələrə göndərilib.

İzmirdə kadr dəyişiklikləri 12 yüksək rütbəli polis əməkdaşına toxunub.

Türkiyə hökuməti Ankarada və ölkənin digər şəhərlərində polis şöbələrinin tərkibində kadr dəyişikliyi antikorrupsiya əməliyyatından sonra aparıb.

AzNews.az