Kiyevdə “Avtomaydan” iştirakçıları həbs edildi


"Berkut" döyüşçüləri yanvarın 23-də səhər saatlarında "Maydan"da bir neçə aksiyaçını saxlayıb.


AzNews.az "Украинская правда"ya istinadla xəbər verir ki, saxlananlar əsasən öz nəqliyyat vasitləri ilə "Maydan"a dəstək yürüşləri keçirənlər olub. Saxlananlar "Maydan"a dəstək məqsədilə "Avtomaydan" yürüşünün iştirakçılarıdır.

Saxlananların sayı açıqlanmasa da, onların idarə etdikləri maşınlar müsadirə olunub.

Elnur
AzNews.az