13:03
(077) 610-22-33

Ukraynada “sükut saatı” elan edildi

  • >
221 23 Yanvar 2014 14:12 | Region


Ukrayna müxalifətinin lideri Vitali Kliçko aksiyaçılara və hüquq-mühafizə orqanlarına müraciət edərək saat 20.00-dək "sükut saatı" elan edib.

O, Qruşeviski küçəsindəki barrikadaya gələrək tərəfləri müxalifətin ölkə prezidenti Yanukoviçlə danışıqlar apardığı müddətdə qarşıdırmanı dayandırmağa çağırıb.

AzNews.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Kliçko saat 20.00-da danışıqların nəticəsi barədə məlumat verəcəyini açıqlayıb: "Mən danışıqların nəticəsi barədə burada məlumat verəcəyəm.

Ancaq hələ barrikadaları sökmək lazım deyil. Danışıqlar bitənə qədər sakitliyə əməl edin".

Kliçkonun sözlərinə görə, həm aksiyaçılar, həm də "Berkut" döyüşçüləri bu təkliflə razılaşıb.

Elnarə
AzNews.az
Bağla X