Türkiyə parlamentində yenə dava düşdü

Türkiyə Böyük Millət Məclisinin bu gün keçirilən iclasında hakim partiya AKP-nin millət vəkilləri ilə ana müxalifət partiyası CHP-dən olan millət vəkilləri arasında yumruq davası düşüb.

ANS PRESS Türkiyənin "Hürriyet" qəzetinə istinadən bildirir ki, İstanbuldan millət vəkili seçilmiş AKP üzvü Oktay Saral ona "Sən sus" deyən CHP rəhbərinin köməkçisi Bülent Tezcana yumruq atıb. Aldığı zərbə üzündən Tezcanın gözü göyərib, qaşı dağılıb və eynəyi qırılıb. Yaralanmış millət vəkili xəstəxanaya qaldırılıb. Həkimlər onun 3 gün işə çıxmasına icazə verməyiblər. Davadan sonra CHP milət vəkilləri parlamenti tərk ediblər. CHP təmsilçisi Məhərrəm İncənin dediyinə görə, dava baş nazir Ərdoğanın oğluna göndərilmiş istintaqa çağırış vərəqəsinin nümayiş etdirilməsinə görə baş verib. Parlament hakim partiyanın təmsilçisi Oktay Sarala töhmət elan edib.


AzNews.az