Vitali Kliçko: “Qorxuram”


Ukrayna müxalifətinin liderləri Vitali Kliçko və Oleq Tyaqnibokun prezident Viktor Yanukoviçlə danışıqlarında bir sıra nəticələr əldə edilib.

AzNews.az xəbər verir ki, tərəflər gücdən istifadəni dayandıracaqlarına, qarşıdurma zamanı həbs edilənlərin azad ediləcəyinə, "Berkut"un odlu silahdan istifadəsinin rəsmən qadağan olunacağına dair razılıq əldə ediblər.

Lakin müxalifət liderləri bəyan edib ki, qarşı tərəf razılığı pozacağı təqdirdə müxalifətçilər də qarşılıq göstərəcək.

Ancaq aksiyaçılar müxlifətlə prezidentin danışıqlarından narazılıqlarını bildiriblər. "Maydan" iştirakçılarına cavab olaraq Kliçko "Mən qurban verməkdən qorxuram. Bəli, mən qorxuram. Analara cavab verməkdən qorxuram" deyə vurğulayıb.

Elnarə
AzNews.az