Telman İsmayılov Ukraynadakı biznesini satışa çıxardıb

Azərbaycanlı milyarder Telman İsmayılov Ukraynadakı məşhur bazarını satışa çıxarıb.


Bu barədə "Axar.az"a Odessa şəhərində yaşayan həmyerlimiz, iş аdamı Qurban Musayev bildirib.

Musayevin bildirdiyinə görə, İsmayılovun Odessada böyük biznes strukturları vardı. Bunlardan ən böyüyü isə Moskvadakı məşhur "Çerkizevo" bazarını xatırladan "7-ci kilometr" adlı əşya və geyim bazarıdır. Musayevin dediyinə görə, adıçəkilən bazarda 2 mindən çox ticarət nöqtəsi var. Ukraynanın ən böyük geyim və əşya bazarlarından sayılır.

"Artıq 3 gündür ki, bu bazarın satlığa qoyulması ilə bağlı xəbər yayılıb. Bazarın əsas inzibatçılarından olan Yelizar adlı yəhudi isə bizə açıq şəkildə bildirdi ki, Telman Mardanoviç belə tapşırıq verib".

Həmyerlimizin dediyinə görə, İsmayılovun təcili qərarına səbəb Ukraynadakı qeyri-stabillikdir. Amma ən əsası isə odur ki, İsmayılovun bu ölkədəki biznesinin hamisi Ukrayna iqtidarındakı bəzi mötəbər şəxslərdir. İqtidarın dəyişmə ehtimalı isə İsmayılovu ağır vəziyyətə sala bilər. Ona görə də "Çerkizevo"dakı aqibəti yaşamamaq üçün azərbaycanlı milyarder bu addımı atmaq qərarına gəlib.

AzNews.az