Yanukoviç yeni rəhbər təyin etdi

Ukrayna Prezidenti Viktor Yanukoviç Andrey Klyuevi Milli Təhlükəsizlik Şurasının (MTŞ) katibi vəzifəsindən azad edərək Prezident Administrasiyasının (PA) rəhbəri təyin edib.

Trend-in cümə günü Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, A.Klyuev 2012-ci ilin fevralından MTŞ-nin katibi vəzifəsində çalışıb.
Qeyd edək ki, ki PA-nın keçmiş rəhbəri Sergey Levoçkin olub.

AzNews.az