Milis əməkdaşı qətlə yetirilib

Kiyevdə "Berkut" yataqxanasında yaşayan milis əməkdaşı qətlə yetirilib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, atəş nəticəsində baş nahiyəsinə dəyən güllə milis əməkdaşının ölümünə səbəb olub. Onun meyitini yaxınlıqdakı tikintinin gözətçiləri aşkar edib. Şahidlər hadisə yerindən iki nəfərin qaçdığını bildiriblər.

Müəyyən edilib ki, qətlə yetirilən şəxs dövlət mühafizə xidmətinin Qoloseyev rayonu milis idarəsinin 27 yaşlı əməkdaşıdır. O, yaşadığı "Berkut" yataqxanasına silahsız yollanırmış. Hazırda operativ istintaq qrupu hadisənin təfərrüatlarını araşdırır.

AzNews.az