Ukraynada xüsusi döyüşçülərin sayı artırılır

Ukraynada fövqəladə vəziyyət elan edilməsinə hazırlıq çərçivəsində xüsusi təyinatlıların sayının 30 minə çatdırılması gözlənilir. AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Berkut" və "Qrifon" döyüşçülərini sayının artırılması barədə qərar Nazirlər Kabinetinin bu gün keçirilən qapalı iclasında qəbul edilib.

Məlumat üçün deyək ki, hazırda "Berkut" döyüşçülərinin sayı 4 min, "Qrifon" döyüşçülərinin sayı isə min nəfər təşkil edir.

Qeyd edək ki, bundan əvvəl Ukraynaya Rusiya xüsusi təyinatlılarının gətirildiyi barədə məlumatlar yayılmışdı.

Elnarə
AzNews.az