23:32
(077) 610-22-33

Cavad Zərif: “Gizli nüvə anlaşmasından söhbət gedə bilməz”

  • >
357 28 Yanvar 2014 18:36 | Region

"ABŞ prezidenti İranın uranı zənginləşdirməsi prosesini sıfıra endirmək istəyində idi. Ancaq Barak Obama arzusunu həyata keçirə bilmədi və sonda həqiqəti qəbul etdi".

APA-nın "Mehr" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif İsveçrənin "Neue Zürcher Zeitung" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ötən il noyabrın 24-də Cenevrədə İranla "altılıq" ölkələri arasında nüvə sahəsində şəffaf şəkildə dörd səhifədən ibarət razılaşma əldə olunub: "Ona görə də tərəflər arasında hər hansı başqa bir gizli anlaşmadan danışmaq yersizdir. Cenevrə razılaşmasına uyğun olaraq da Birgə Fəaliyyət Planının icrası üçün şifahi bir müqavilə bağlanıb. Heç bir gizlədiləcək məsələ də yoxdur. Həmin razılaşma da İranın nüvə obyektlərinin müşahidəsini həyata keçirən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərinin öhdəliklərini və rəsmi Tehranın xarici banklardakı dondurulmuş bir hissəsinin qaytarılması ilə bağlı məsələləri özündə ehtiva edir. Ancaq buna baxmayaraq, bu xülasənin ABŞ tərəfindən səhv və birtərəfli şəkildə açıqlanması təəssüf doğurur. Ona görə də qarşı tərəfin bu oyununun bir parçası olmaq istəmirəm".

M.C.Zərif deyib ki, İrana qarşı tətbiq edilmiş sanksiyalar uranın zənginləşdirilməsi fəaliyyətlərinin təxirə salınmasına səbəb ola bilməz: "Bu sanksiyalar İranın nüvə obyektlərində 19 min sentrifuqanın quraşdırılmasına da mane ola bilmədi. Əgər İrana qarşı sanksiyalar sərtləşdirilərsə, sentrifuqaların sayı artırılacaq".



AzNews.az
Bağla X